10 C
Baku
Thursday, December 12, 2024

“L`Oreal” Avstraliyanın “Aesop” brendini 2.5 mlrd. dollara alır

Fransanın “L`Oreal” kosmetika şirkəti Avstraliyanın “Aesop” brendini alır. Müqavilənin dəyəri 2.5 milyard dollar təşkil edir. Bu sövdələşmə fransız şirkətinin tarixində ən iri əməliyyat olub – o, adətən kiçik brendləri alır və onları beynəlxalq bazara özü gətirir. Müqavilənin bu ilin üçüncü rübündə bağlanması planlaşdırılır.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Aesop” – təbii bitki inqrediyentlərinə əsaslanan kosmetika sahəsində ixtisaslaşmış lüks brenddir. Şirkət 1987-ci ildə Melburnda yaradılıb. Hazırda onun 27 ölkədə 400-ə yaxın mağazası var. “Aesop”un gəliri keçən il 21% artaraq 537 milyon dollara çatıb.

“L`Oreal” əməliyyat nəticəsində brend portfelini genişləndirə biləcək. Şirkətin fikrincə, “Aesop”un alınması Çində biznesin genişlənməsinə kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər