Banker.az xəbər verir ki, Fransanın kosmetika şirkəti L’Oréal The Body Shop brendini Braziliyanın təbii kosmetika istehsalçısı olan Natura Cosmeticos şirkətinə 1 milyard avroya satıb.
Gözləntilərə əsasən, müqavilə 2017-ci ilin sonuna qədər, yəni braziliyalı tənzimləyicidən təsdiq cavabı əldə edildikdən sonra bağlanılacaq.
Qeyd edək ki, The Body Shop dünyanın 66 ölkəsində 3000 mağazaya sahibdir. 2016-cı ilin nəticələrinə görə isə onun gəliri 920 milyon avro təşkil edib.