10 C
Baku
Thursday, December 12, 2024

Lotereya paradoksu nədir?

Roçester universitetinin professoru Henri Kayberger tərəfindən yaradılan Lotereya paradoksu lotereyada uduş şanslarını nəzərə almaqla yaranır. Məsələn, 1000 lotereya biletlərindən biri uduşludursa. Güman edək ki, bu hadisə udma ehtimalı 0,99-dan çox olduqda gerçəkliyə yaxındır. Buna əsaslanaraq lotereyanın 1-ci biletinin uduşlu olmayacağı ağlabatan olur. İkinci, üçüncü və s. biletlərin də uduşlu olmayacağı da bir o qədər gerçəklik daşıyır. Bu 1000-ci biletə qədər davam edir. Beləliklə biz ziddiyyətli bir nəticəyə gəlmiş oluruq: Lotereyanın 1 bileti mütləq uduşlu olmalıdır, eyni zamanda lotereyanin heç bir bileti uduşlu olmaya bilər. 

Lotereya paradoksu sofistik xarakter daşıyır, çünki mühakimələrində səhvlər mövcuddur.
Qeyd edək ki, bu paradoksla bağlı ilk nəşr 1961-ci ilə aiddir və bu Kaybergin “Probability and the Logic of Rational Belief” məqaləsi idi.

Son xəbərlər
Digər xəbərlər