15 C
Baku
Monday, May 6, 2024

Lotereya və idman mərc oyunlarından əldə edilən uduşlardan nə qədər vergi tutulur?

Vergi Məcəlləsinin 99.3.12-ci maddəsinə əsasən lotereyalardan və idman mərc oyunlarından əldə edilən uduşlar qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aid edilib.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, eyni zamanda, Vergi Məcəlləsinin 101.5-ci maddəsində lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, lotereyalardan, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Bununla yanaşı, Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, lotereyalardan, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaitindən ödəmə mənbəyində verginin tutulması Vergi Məcəlləsinin 101.5-ci maddəsində istisna edilib.

Qeyd olunanlara əsasən, lotereya təşkilatçısı tərəfindən əmlak şəklində verilən, habelə Azərbaycan hüdudlarından kənarda əldə edilən uduşlar qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə aid edilməklə həmin gəlirdən gəlirin əldə edilməsi ilə bağlı pul qoyuluşu çıxıldıqdan sonra qalan məbləğ Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər