Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında deyilir ki, daha bir xarici taxıl taciri “Lui Dreyfus” 2023-cü il iyulun 1-dən Rusiyadan taxıl ixracını dayandıracaq.
Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
“Hazırda şirkət Rusiyanın mövcud biznesini və taxıl aktivlərini yeni sahiblərə ötürmək imkanlarını araşdırır”, – mesajda deyilir.
Departamentdən bildirilib ki, “Lui Dreyfus”un gedişi Rusiyanın taxıl ixracının həcminə və dinamikasına təsir göstərməyəcək.