14 C
Baku
Saturday, November 16, 2024

“Louis Vuitton” sahibinin sərvəti yenidən 100 milyard dolları ötdü

“Louis Vuitton” şirkətinin sahibi olan Bernar Arnonun sərvəti yenidən 100 milyard dolları ötüb. Banker.az xəbər verir ki, “Forbes” un qiymətləndirmələrinə görə, milyarder bir həftəyə sərvətini 8,1 milyard dollar artırıb.
Qeyd edək ki, söhbət mayın 21-dən 28-dək olan aralıqdan gedir.
Bunun əsas səbəbi Avropa İttifaqının iqtisadiyyatı dəstəkləmək üçün yeni tədbirlər elan etməsi olub. Bundan sonra Avropa səhmləri, xüsusilə LVMH təxminən 10% artıb.
Xatırladaq ki, ilin əvvəlindən bəri Arno bir dəfə dünyanın ən zəngin adamı olub. Onda onun sərvəti 117 milyard dollar dəyərində qiymətləndirilmişdi.
Analitiklərin daha əvvəl verdiyi məlumata görə, pandemiya dövründə ABŞ milyarderləri sərvətlərini 434 milyard dollar artırıblar. Onlar sırasında “Menards” ın sahibi Con Menar (kiçik) (62,8%) və sahibkar İlon Mask (48%) var.
Son xəbərlər
Digər xəbərlər