6 C
Baku
Sunday, December 15, 2024

“Louis Vuitton” və “Dior” sahibinin səhmləri tarixi maksimuma çatıb

“Louis Vuitton” və “Christian Dior” kimi markalara sahib olan “LVMH” şirkətlər qrupunun səhmləri çərşənbə günü tarixi maksimuma çatıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, gün ərzində Parisdə səhmlər 613.9 avroya yüksəlib. Bakı vaxtı ilə saat 12:53-də “LVMH” səhmlərinin dəyəri 612.5 avro olub.

Xatırladaq ki, “LVMH” şirkətlər qrupu Avropanın ən zəngin adamı Bernar Arnoya məxsusdur. “Forbes” onun sərvətini 174.7 milyard dollar dəyərində qiymətləndirir. Şirkətin bəzi göstəriciləri pandemiyadan öncəki səviyyəni belə üstələyib. 2021-ci ilin birinci rübündə “LVMH” 14 milyard avro gəlir ədib və bu, “JPMorgan”ın proqnozunu 9% üstələyib.

Valyuta dəyişikliyini və “Tiffany” zərgərlik şirkətinin alışını nəzərə almasaq, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 30% təşkil edib. Təkcə Asiyada (Yaponiya istisna olunmaqla) satışlar 86% artıb. Müqayisə üçün: yoluxma hallarının çoxaldığı Avropada satışlar 9% azalıb.

Son xəbərlər
Digər xəbərlər