6 C
Baku
Sunday, December 15, 2024

LPO “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə 2 gün ərzində ₼100 mln.-dan çox kompensasiya ödənişi həyata keçirilib

®Əmanətlərin Sığortalanması Fondu tərəfindən, ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2983 nəfərə 100.951.000 manat kompensasiya ödənişi həyata keçirilmişdir. Bu isə ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir.

Kompensasiya ödənişləri agent banklar – “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.

Əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.

www.adif.gov.az

Son xəbərlər
Digər xəbərlər