26 C
Baku
Sunday, April 28, 2024

LPO “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanıldı

Əmanətlərin Sığortalanması Fondu tərəfindən, ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə bugündən etibarən başlanılmışdır. Kompensasiya ödənişləri agent banklar olaraq seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün ölkə üzrə filial şəbəkələri vasitəsilə uğurla həyata keçirilməkdədir.

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.5-ci maddəsinə əsasən əmanətçilərin ərizələrinin qəbul edildiyi gündən ən geci 30 təqvim günü ərzində Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənişi həyata keçirilir.

Xatırladaq ki, son illər ərzində ölkədə ləğv prosesinə başlanılmış 5 bank – “Ata Bank” ASC, “Amrahbank” ASC, “NBC Bank” ASC , “AG Bank” ASC və “Günay Bank” ASC üzrə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 700 milyon manatdan artıq kompensasiya ödənişi uğurla həyata keçirilmişdir.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.

www.adif.gov.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər