Dünyanın ən böyük aviaşirkətlərindən biri olan “Lufthansa”, Frankfurt və Münhen hava limanlarında sərnişinlərə uçuşdan əvvəl koronavirus testindən keçməyi təklif edir. Bildiyildiyi kimi, testin nəticəsi üç saat ərzində hazır olur.
Banker.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında deyilir.
Frankfurt limanında bununla Almaniyanın “Centogene” şirkəti məşğul olur. Onun “Lutfhansa” ilə əməkdaşlığın 2021-ci il iyulun 31-dək davam edəcəyi gözlənilir. Sərnişinlər koronavirus testindən uçuşdan bir gün qabaq və ya uçuş günü keçə bilərlər.
Qeyd edək ki, bu xidmət ödənişlidir, “Finaqncial Times” yazır: nəticəsi iki-üç saata hazır olacaq testin qiyməti 139 avro təşkil edir. Bundan əlavə, testin nəticələrinin aviabiletə əlavə edilməsi üçün sərnişin əlavə 9 avro ödəniş etməli olacaq.
“Lufthansa”nın baş direktoru Byorn Bekker söyləyir ki, bu testin nəticəsi Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə səyahət etmək üçün kifayət edəcək. Lakin bəzi dövlətlər, məsələn, Çin bütün turistləri təkrar olaraq testdən keçməyi tələb edə bilər.
Qeyd edək ki, hal-hazırda koronavirus testi dünyanın bir çox hava limanında keçirilir. Onlar sırasında Nyu-Yorkdakı Con Kennedi adına olan hava limanını misal göstərmək olar. “Emirates” aviaşirkəti isə nəticəsi 10 dəqiqəyə hazır olan koronavirus testi xidmətini hələ aprel ayının əvvəlində sınaqdan keçirməyə başlayıb.