“Belarus Ukraynada döyüşməyə can atmır, bizə müharibə lazım deyil”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü ilə bağlı müşavirədə deyib
“Bir il əvvəl və ya daha öncə dediklərimi təkrar edirəm. Biz Ukraynada döyüşmək niyyətində deyilik. Bu müharibə bizə qətiyyən lazım deyil”, – Lukaşenko çıxışında bildirib.
Bundan əvvəl Ukrayna Prezidentinin Ofisi Belarusun mümkün hücumuna hazır olduqlarını bəyan etmişdi.