13 C
Baku
Thursday, April 18, 2024

Lukaşenko bu ölkədəki səfiri vəzifəsindən azad etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın Fransadakı, eyni zamanda Monako və Portuqaliyadakı səfiri İqor Fisenkonu vəzifəsindən azad edib.

Bu barədə Belarus Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Sərəncamda qeyd edilir ki, onun Belarusun UNESCO yanında daimi nümayəndəsi kimi səlahiyyətləri saxlanılır.

Xatırladaq ki, ötən ay Fransanın Minskdəki səfiri Nikolya de Lakoste vəzifəsinin icrasına başlama prosedurunu başa çatdırmadan ölkəni tərk edib. Fransa diplomatı Belarusa 2020-ci ilin noyabrında respublikanın təyin olunmuş səfiri kimi gəlib, həmin ilin dekabrında de Lakoste etimadnaməsinin surətlərini xarici işlər naziri Vladimir Makeyə təqdim edib. Lakin bu günə qədər səfir etimadnaməsini Belarus Prezidentinə təqdim etməyib.

Son xəbərlər
Digər xəbərlər