1 C
Baku
Saturday, December 14, 2024

Lukaşenko: Ermənistan özünü heç də hər zaman tərəfdaş kimi aparmır

Ermənistan özünü heç də hər zaman tərəfdaş kimi aparmır.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

“Mən çıxışıma əsas məsələlərlə başlamaq istərdim. Nəzərinizə çatdırım ki, Birliyin yaradılmasında əsas məqsəd SSRİ-nin dağılmasından sonra əlaqələrin kəsilməsinin qarşısını almaq idi. Birliyin yaradılması rəqiblərimizi qane etmədi və bu gün də qane etmir, çünki Qərb indiyədək bizi sarsıtmaq, zəiflətmək və öz maraqlarına tabe etmək cəhdlərindən əl çəkmir. İlk olaraq Gürcüstan Birliyi tərk etdi, Ukrayna de-fakto bizimlə deyil. Moldova haqda böyük suallar mövcuddur. Ermənistan isə özünü təəssüf ki, heç də həmişə tərəfdaş kimi aparmır”, – Belarus lideri bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər