9 C
Baku
Thursday, December 12, 2024

Lukaşenko koronavirusa qarşı peyvənd olunmayacağını bildirib

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa qarşı peyvənd olunmayacağını bildirib.

Prezident bu barədə Uşaq İnfeksiya Xəstəlikləri Klinikasına səfəri zamanı ONT telekanalına deyib.

Prezident qeyd edib ki, artıq bu barədə ölkənin Səhiyyə nazirinə də bildirib. O, səbəb kimi skeptiklərdən olduğunu söyləyib.

Lukaşenko, həmçinin, əlavə edib ki, bahar fəslində respublikada təxminən 1,2 milyon insanın peyvənd edilməsi planlaşdırılır: “Bəlkə də bu rəqəm 2 milyon ola bilər, insanların istədiyindən asılı olaraq say dəyişə bilər. Ölkədə beş-altı peyvənd növündən istifadə ediləcək. İlk növbədə Rusiya istehsalı olan peyvəndin yerli müəssisələrdə hazırlanması planlaşdırılıb”.

Xatırladaq ki, bu il iyul ayının sonunda həkimlər Lukaşenkonun koronavirusa yoluxduğunu bildirmişdi.

Məlumat üçün bildirək ki, hazırda Belarusda bu günə qədər 181 mindən çox koronavirusa yoluxma, 1358 ölüm hadisəsi qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər