2 C
Baku
Saturday, December 14, 2024

Lukaşenko ölkədə qiymətlərin artırılmasını və müəssisələrin bağlanmasını qadağan edib

Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabrın 6-sından ölkədə qiymətlərin artırılmasını və müəssisələrin bağlanmasını qadağan edib. Ölkə rəhbəri həmçinin inflyasiyanın səviyyəsini müzakirə edib. Proqnoza əsasən, ilin sonuna qədər inflyasiya 19%-i keçə bilər.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Oktyabrın 6-sından hər hansı qiymət artımı qadağandır. Bu gündən. Bir gecəyə qiymətləri qaldırmasınlar deyə. Allah eləməsin ki, mühasibatlıqda kimsə gizli əməliyyatlar aparsın. Allah eləməsin ki, hansısa mağaza bağlansın və ya bazarı tərk eləsin. Buna görə cavab verəcəksiniz. Həmin şəxs dərhal həbs olunacaqdır”, –  deyə Aleksandr Lukaşenko deyib.

İstisnalar bəzi vəzifələr üçün ola bilər, bununla bağlı heç bir rəsmi sənəd yoxdur.

İclasda Lukaşenko hökumət və Milli Bank qarşısında 2023-cü ilə qədər inflyasiyanın səviyyəsini 7-8%-ə endirmək vəzifəsi qoyub. Hökumət 2022-ci il oktyabrın 20-dək tənzimləyici tədbirləri təqdim etməlidir.

Son xəbərlər
Digər xəbərlər