NATO-nun regiondakı planları təkcə Rusiya deyil, həmçinin Belarus üçün də qəbuledilməzdir.
“BelTa” agentliyi verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu ay çox şey dəyişəcək. Çox şey görəcəksiniz. Qara dənizdən Baltik dənizinə qədər bu qovşağı görəcəyik”.
Aleksandr Lukaşenko Rusiyanın Ukraynaya hücuma hazırlaşması ilə bağlı xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə bu, Rusiyanı cəzalandırmaq üçün bəhanə kimi istifadə olunur.
“Rusiyada heç kim Ukraynaya hücum etmək fikrində deyil. Rusiya Ukraynada baş verənləri çox yaxşı görür. Orada baş verənlər, NATO və amerikalıların orada planlaşdırdıqları təkcə Rusiya üçün deyil, bizim üçün də qəbuledilməzdir, çünki biz bura yaxınıq”,- deyə Lukaşenko qeyd edib.
A.Lukaşenko bildirib ki, Belarusda müxalifət hakimiyyətə gəlsə, NATO Smolensk yaxınlığında dayanacaq.
O, ölkədə müxalifət tərəfdarlarının sayının az olduğunu iddia edib. Lukaşenkonun sözlərinə görə, Belarusda hazırkı hakimiyyətin əleyhdarları həmişə təxminən 10% olub.