10 C
Baku
Wednesday, December 11, 2024

Lukaşenko Ukraynada hərbi əməliyyatları dayandırmağı və sülh elan etməyi təklif edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada hərbi əməliyyatları dayandırmağı və sülh elan etməyi təklif edib.

Bu təkliflə Belarus lideri xalqa və parlamentə müraciətində çıxış edib.

Onun sözlərinə görə, əgər Qərb sülhdən öz məqsədləri üçün istifadə etməyə çalışarsa, Rusiya münaqişənin genişlənməsinin qarşısını almaq üçün hərbi sənaye kompleksinin və ordunun bütün gücündən istifadə etməyə borcludur.

Lukaşenko vurğulayıb ki, münaqişəni dayandırmağın yeganə yolu ilkin şərt olmadan danışıqlardır.

Eyni zamanda o, Ukrayna Prezidenti Vladimir Zelenskinin hərəkətlərindən qəzəblənib.

“Bu nə möcüzədir? Suveren ölkənin Prezidenti konkret olaraq ona aid olan fərman imzalayır və özünə sülh danışıqları aparmağı qadağan edir. Bu, sadəcə olaraq gülüncdür – mən sizə bir prezident kimi deyirəm. Danışıqlar aparmaq istəmirsinizsə – etməyin. Danışıq aparmayın, niyə bu fərmanı imzalayıb, insanları güldürürsən, bununla nə nümayiş etdirmək istəyirsən?”, – deyə Belarus lideri qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər