20 C
Baku
Tuesday, May 21, 2024

Lukaşenko Ukraynadan Belarusa zərbələr endiriləcəyi ilə bağlı xəbərdarlıq alındığını bildirib

Minskə qeyri-rəsmi kanallar vasitəsilə Ukrayna ərazisindən Belarusa zərbə endirilməsi ilə bağlı xəbərdarlıq edilib.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi və güc strukturları ilə keçirdiyi müşavirədə deyib.

“Mənim cavabım sadə idi: “Ukrayna prezidentinə və digər dəlilərə deyin ki, əgər onlar çirkli əlləri ilə ərazimizin ən azı bir metrinə toxunsalar, Krım körpüsü onlara çiçək kimi görünəcək”, – deyə Lukaşenko vurğulayıb.

Lukaşenko hərbçiləri dövlətin təhlükəsizliyini gücləndirmək üçün daha nə etmək lazım olduğunu müəyyənləşdirməyi təklif edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər