-1 C
Baku
Sunday, December 15, 2024

“LUKoil” Səudiyyə Ərəbistanını tərk edir

Rusiyanın “LUKoil” şirkəti Səudiyyə Ərəbistanındakı layihəsindən çıxmaq qərarına gəlib. “Vestifinance” saytına istinadən, bu açıqlamanı şirkətin rəhbəri Vahid Ələkbərov verib.

Qeyd edək ki, “LUKoil” şirkəti “LUKoil Saudi Arabia Energy Ltd.” (Luksar) müştərək şirkəti kimi S.Ərəbistanında qazma işləri həyata keçirib. Şirkətin 80%-i “LUKoil Overseas”ə, 20%-i isə “Saudi Aramco” dövlət nerft-qaz şirkətinə aid olub.

“Biz qərar verdik, S.Ərəbistanından gedirik. “Saudi Aramco” qazdığımız quyuları götürür. Amma qərara gəlmişik ki, tərəfdaş olaraq xarici layihələrdə iştirak edəcəyik. Biz İraq və digər ölkələrdə öz fəaliyyətimizi birlikdə davam etdirə bilərik”, – deyə V.Ələkbərov bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər