25 C
Baku
Friday, April 19, 2024

“Lukoil” “Shell”in şəbəkəsini başqa brendlə idarə edəcək

“Lukoil” “Shell”dən aldığı 400-dən çox yanacaqdoldurma məntəqəsini Finlandiyanın “Teboil” brendinə keçirəcək, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Shell” ilə müqavilə çərçivəsində “Lukoil”in mülkiyyətinə keçən Tver vilayətindəki sürtkü yağları zavodu da “Teboil” brendi altında məhsullar istehsal edəcək.

“Lukoyl-un 2022-ci ilin mayında aldığı Rusiyadakı Shell yanacaqdoldurma məntəqələri şəbəkəsinin rəhbərliyi və əmək kollektivləri ilə aparılan müzakirənin nəticələrinə əsasən, müəssisənin şirkətin ayrıca törəmə müəssisəsi kimi saxlanılması qərara alınıb. O, Rusiya üçün yeni yanacaq markası – Lukoil-in 2005-ci ildən sahib olduğu Teboil adı altında fəaliyyət göstərəcək. Şirkət mərhələli rebrendinqə artıq başlayıb”, – deyə mesajda bildirilir.

Son xəbərlər
Digər xəbərlər