7 C
Baku
Sunday, December 15, 2024

“Lukoil”un Direktorlar Şurası sədri 20 ildən sonra vəzifəsindən gedir

“Lukoil” şirkətinin Direktorlar Şurası sədri Valeriy Qreyferin adı 20 ildə ilk dıfı namizədlərin siyahısında qeyd edilməyib. Neft şirkətinin səhmdarları illik toplantıda bununla bağlı qərar qəbul ediblər.

Banker.az Vedomosti-yə istinadən bildirir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Qreyfer 90 yaşındadır. O İ.M .Qubkin adına Moskva Neft Univeristetini bitirib. SSRİ-nin sağ olduğu, yəni, 1985-ci ildən 1992-ci ilə qədər Neft sənayesi nazirinin müavini kimi çalışıb. 2000-ci ildən isə “Lukoil”un Direktorlar Şurası sədri vəzifəsinə seçilib.

Qreyfer-in çalışdığı “Lukoil” səhmlərində 0,012%-lıq payı vardır.

“Lukoil” – Rusiyada ikinci ən böyük neft hasilatçısıdır.

Şirkətin səhmlərinin 25%-nə azərbaycanlı Vahid Ələkbərov və 10%-nə Leonid Fedun sahibdir. Səhmlərin digər 55%-i isə Moskva Birjasında sərbəst şəkildə dövriyyədədir.

Hazırda şirkətin bazar dəyəri 4 trilyon rubl həcmində və ya ABŞ valyutası ilə ifadədə 60 mlrd. dollar həcmindədir.

Son xəbərlər
Digər xəbərlər