9 C
Baku
Friday, December 13, 2024

“Lukoyl” şirkəti 30 milyard itirdi

“Lukoyl”un prezidenti Vahid Ələkbərov dövlət başçısı Putinlə “Rosneft”lə bağlı apardığı danışıqlardan sonra 30 milyard rubl itirib.

Rusiya KİV-ə istinadən xəbərə görə, həmin danışıqlar zamanı prezident Putinin Ələkbərovdan “Lukoyl” şirkətinin “Rosneft” səhmlərinin alınmasında iştirak etməsini təklif etdiyi bildirilir. Bununla yanaşı, iş adamı dəfələrlə bəyan edib ki, onun şirkəti “Rosneft”in özəlləşdirilməsində iştirak etməyəcək.

Qeyd edək ki, Ələkbərov 22,7 faiz payla “Lukoyl”un əsas səhmdarıdır. Şirkətin qiymətli kağızları noyabrın 2-si 3,9 faiz, növbəti gün isə Moskva birjalarında daha 1 faiz ucuzlaşıb.

Qafqazİnfo

Son xəbərlər
Digər xəbərlər