6 C
Baku
Monday, December 16, 2024

“Lukoyl”un keçmiş baş meneceri şaman ritualı zamanı dünyasını dəyişdi

Rusiyanın neft nəhəngi “Lukoyl”un keçmiş baş meneceri Aleksandr Subbotin iştirak etdiyi şaman ritualı zamanı dünyasını dəyişib.

Bildirilib ki, milyarder Aleksandr Subbotin Moskvanın Mıtişi rayonunda keçirilən şaman ritualında “alternativ təbabət” adı altında qurbağa zəhəri və xoruz qanından istifadə edib. Onun halı pisləşsə də, ayində iştirak edən şəxslər həkim briqadasını çağırmayıb və onlar Korvalol adlı bitki mənşəli dərman vasitəsi ilə onu özünə gətirməyə çalışıblar.

Qeyd edək ki, əvvəllər “Lukoyl”un direktorlar şurasının üzvü olan Subbotin daha sonra “Novaya Transportnaya Kompaniya” logistika şirkətinin rəhbəri olub.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Son xəbərlər
Digər xəbərlər