16 C
Baku
Thursday, April 25, 2024

“Lukoil”un vitse-prezidenti xəstəxana pəncərəsindən yıxılıb öldü

Rusiyanın “Lukoyl” şirkətinin vitse-prezidenti Ravil Maqanov dünyasını dəyişib.

Bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb.

Məlumata görə, 68 yaşlı Maqanov Moskvada müalicə aldığı xəstəxananın altıncı mərtəbəsinin pəncərəsindən yıxılaraq dünyasını dəyişib. Hazırda hadisənin detalları araşdırılır.

Maqanovun intihar etməsi də istisna edilmir.

Qeyd edək ki, Maqanov 1993-cü ildən “Lukoyl” şirkətində çalışıb. O, 2006-cı ildə şirkətin birinci vitse-prezidenti vəzifəsini icra etməyə başlayıb.

Xatırladaq ki, “Lukoyl” şirkətinə 1993-cü ildən azərbaycanlı milyarder Vahid Ələkbərov rəhbərlik edirdi. O, cari ilin aprelində “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.

Screenshot 2022 09 01 102111

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər