10 C
Baku
Wednesday, December 11, 2024

NK-dən yeni qərar: “Lüksenburq” adı “Köbər” ilə əvəzləndi

“Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Nazirlər Kabineti (NK) bəzi qərarlarında dəyişiklik edib.

Banker.az bildirir ki, bubu Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən bu coğrafi adlara yeni ad verilib:

1. Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarına 1 nömrəli əlavə – “Azərbaycan SSR-nin dövlət mühafizəsində olan memarlıq abidələrinin siyahısı”nın Ağsu rayonu bölməsinin 227-ci hissəsində “Gürcüvan” sözü “Xanbulaq” sözü ilə
əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Arxeoloji abidələr” bölməsinin “Xaçmaz rayonu” hissəsinin “Yerləşdiyi ünvan” sütununun 1114-cü və 1115-ci bəndlərində “Müqtədir” sözü “İstisu” sözü ilə, “Qusar rayonu” hissəsinin “Yerləşdiyi ünvan” sütununun 1445-ci bəndində “Şirvanovka” sözü “Şirvanlı” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. “Astara rayonu” bölməsinin “Yolun adı” sütununun 1-ci hissəsində “Qamışovka” sözü “Qamışoba” sözü ilə əvəz edilsin;
3.2. “Goranboy rayonu” bölməsinin “Yolun adı” sütununun 11-ci hissəsində “Əzizbəyov” sözü “Kəhrizli” sözü ilə, 14-cü hissəsində “Ağamalıoğlu” sözü “Düzqışlaq” sözü ilə əvəz edilsin;
3.3. “Göygöl rayonu” bölməsinin “Yolun adı” sütununun 5-ci hissəsində “Mixaylovka” sözü “Bənövşəli” sözü ilə əvəz edilsin;
3.4. “Xaçmaz rayonu” bölməsinin “Yolun adı” sütununun 28-ci hissəsində “Alekseyevka” sözü “Çaykənarı” sözü ilə əvəz edilsin;
3.5. “Xızı rayonu” bölməsinin “Yolun adı” sütununun 17-ci və 18-ci hissələrində “Şuraabad” sözü “Şorabad” sözü ilə əvəz edilsin;
3.6. “Qazax rayonu” bölməsinin “Yolun adı” sütununun 7-ci hissəsində “Kommuna” sözü “Bala Çaylı” sözləri ilə əvəz edilsin;
3.7. “Qusar rayonu” bölməsinin “Yolun adı” sütununun 29-cu hissəsində “Şirvanovka” sözü “Şirvanlı” sözü ilə əvəz edilsin;
3
3.8. “Oğuz rayonu” bölməsinin “Yolun adı” sütununun 9-cu hissəsində “Vladimirovka” sözü “Çayqovuşan” sözü ilə əvəz edilsin;
3.9. “Saatlı rayonu” bölməsinin “Yolun adı” sütununun 7-ci hissəsində “Xanlarkənd” sözü “Nabatkənd” sözü ilə əvəz edilsin;
3.10. “Samux rayonu” bölməsinin “Yolun adı” sütununun 1-ci hissəsində “Əli Bayramlı” sözləri “Sarıqaya” sözü ilə və 6-cı hissəsində “Qırmızı Samux” sözləri “Qaraağaclı” sözü ilə əvəz edilsin;
3.11. “Yevlax rayonu” bölməsinin “Yolun adı” sütununun 5-ci hissəsində “Bünyadabad” sözü “Yeni Çobankərə” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşən müəssisələr” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. “16. Ağsu rayonu üzrə” hissəsinin “16.3. Kənd həkim məntəqələri” bəndində “Gürcüvan” sözü “Xanbulaq” sözü ilə əvəz edilsin;
4.2. “29. Goranboy rayonu üzrə” hissəsinin “29.4. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Ağamalıoğlu” sözü “Düzqışlaq” sözü ilə və “Əzizbəyov” sözü “Kəhrizli” sözü ilə əvəz edilsin;
4.3. “33. Xaçmaz rayonu üzrə” hissəsinin “33.8. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Alekseyevka” sözü “Çaykənarı” sözü ilə və “Müqtədir” sözü “İstisu” sözü ilə əvəz edilsin;
4.4. “36. Xızı rayonu üzrə” hissəsinin “36.2. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Şuraabad” sözü “Şorabad” sözü ilə əvəz edilsin;
4.5. “43. Qazax rayonu üzrə” hissəsinin “43.9. Kənd tibb məntəqələri” bəndində “Kommuna” sözü “Bala Çaylı” sözləri ilə əvəz edilsin;
4.6. “45. Quba rayonu üzrə” hissəsinin “45.6. Kənd və qəsəbə tibb məntəqələri” bəndində “Novonikolayevka” sözü “Çaydüzü” sözü ilə əvəz edilsin;
4.7. “47. Qusar rayonu üzrə” hissəsinin “47.4. Kənd həkim məntəqələri” bəndində “Şirvanovka” sözü “Şirvanlı” sözü ilə əvəz edilsin;
4.8. “51. Masallı rayonu üzrə” hissəsinin “51.3-cü bəndində” “Kalinovka” sözü “Viləş” sözü ilə əvəz edilsin;
4.9. “55. Oğuz rayonu üzrə” hissəsinin “55.4. Kənd tibb məntəqələri” bəndində “Astraxanovka” sözü “Çaldaş” sözü ilə əvəz edilsin;
4.10. “57. Saatlı rayonu üzrə” hissəsinin “57.3 Kənd həkim məntəqələri” bəndində “Xanlarkənd” sözü “Nabatkənd” sözü ilə, “57.4. Kənd tibb məntəqələri” bəndində “Qarayevkənd” sözü “Orta Muğan” sözləri ilə əvəz edilsin;
4.11. “60. Samux rayonu üzrə” hissəsinin “60.4. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Qırmızı Samux” sözləri “Qaraağaclı” sözü ilə, “60.5. Kənd və qəsəbə tibb məntəqələri” bəndində “Luksemburq” sözü “Köbər” sözü ilə və “Əli Bayramlı” sözləri “Sarıqaya” sözü ilə əvəz edilsin;
4.12. “63. Şəmkir rayonu üzrə” hissəsinin 63.8-ci bəndində “Qasım İsmayılov” sözləri “Ağlavaşlı” sözü ilə, “63.13. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Muxtariyyat” sözü “Qədimqala” sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov

Son xəbərlər
Digər xəbərlər