Braziliya və ABŞ prezidentləri Luis İnasiu Lula da Silva və Donald Tramp 26 oktyabr tarixində Malayziyada ikitərəfli görüş keçirəcəklər, bu barədə “O Globo” qəzeti məlumat yayıb.
Onların sözlərinə görə, görüş Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitinin açılış günü baş tutacaq. Sammitə ev sahibliyi Malayziya edəcək. Tramp ilə danışıqlardan sonra Braziliya prezidentinin Hindistanın Baş naziri Narendra Modi ilə də ikitərəfli görüşü planlaşdırılıb.
ASEAN sammitindən əvvəl Lula da Silva həmçinin İndoneziyaya dövlət səfəri edəcək.
Oktyabrın əvvəlində Braziliya və ABŞ liderləri artıq telefon danışığı aparmış və yaxın vaxtlarda ikitərəfli görüş keçirmək barədə razılığa gəlmişdilər. Daha sonra Braziliyanın xarici işlər naziri Mauro Vieyra və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək, Ağ Evin Braziliyaya tətbiq etdiyi tariflərin mümkün yenidən baxılması məsələsini müzakirə ediblər.