8 C
Baku
Sunday, December 22, 2024

Məhkəmə tikinti şirkətinə qarşı 3000 manatlıq cərimənin tətbiqini təsdiqləyib

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Mərmər İnşaat” ASC barəsində tərtib edilmiş inzibati xəta protokolu barədə məhkəmə qərar verib.

Banker.az xəbər verir ki, 17 sentyabr tarixində, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən məhkəmədə inzibati tənbeh tətbiqi təsdiqlənib.

“Mərmər İnşaat” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsinə göndərilmişdi.

Həmin Məcəlləyə əsasən, hüquqi şəxslərə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanunazidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə protokol tərtib edilir. Bu maddəyə əsasən, hüquqi şəxslər 3 000 manat miqdarında cərimə edilir.

Bununla belə, şirkət məhkəmənin qərarından narazı qaldığı halda yuxarı instansiya-  apellyasiya məhkəməsinə müraciət edə bilər.

Xatırladaq ki, “Mərmər İnşaat” ASC 2017-ci ildə MMC kimi təsis edilib, 2023-cü ildə qapalı səhmdar cəmiyyətinə, 2024-cü ildən isə açıq səhmdar cəmiyyətinə çevrilib.

Son xəbərlər
Digər xəbərlər