26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank inflyasiya hədəfini açıqladı – İlin sonuna bu gözlənti var

İnflyasiya gözlənilən trayektoriyada dəyişir. 2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3.1% təşkil etmişdir. Ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3.5% və 3.8%) hədəf intervalında formalaşmışdır.

Bunu Azərbaycan Mərkzəzi Bankının faiz dəhlizinə dair açıqlamasında “İnflyasiya prosesləri” paragrafında qeyd edir.

“Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1.4% yüksəlmişdir. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilmişdir”, deyə məlumatda qeyd edilir.

“İnflyasiya gözləntiləri” dair açıqlamasında isə İstehlak qiymətlərinin cari dinamikası və valyuta bazarında tarazlıq inflyasiya gözləntilərini stabil saxlandığı qeyd edilir: “Real sektor monitorinqinin nəticələrinə əsasən son ayda qiymət gözləntiləri ticarət, xidmət və tikinti sektorlarında azalmış, qeyri-neft emal sənayesində dəyişməz qalmışdır.

Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcəkdir. Proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir.”

Son xəbərlər
Digər xəbərlər