13 C
Baku
Sunday, April 21, 2024

Mərkəzi Bank növbəti faiz qərarını verir – T.Kazımov “sabit” mövqeyindən çəkilə bilərmi?

BANKER.AZ/ Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu həftənin son iş günü, 29 iyulda faiz dərəcələrinin parametrlərini müəyyən etmək üçün 2022-ci ilin beşinci iclasına toplaşır. Taleh Kazımov AMB-nin sədri kimi buna qədər iki dəfə iclasda faizlərə toxunmayıb və faizləri sələfinin dövründə müəyyən edilən parametirlərdə saxlayıb.

Elman Rüstəmovun zamanında AMB son iclasları daha çox faiz artımlarına köklənməklə, manatın alıcılıq qabiliyyətinin azalmasını, inflyasiyanın cilovlamağa nail olmaq istəyirdi.

Beləliklə, 17 sentyabrdakı iclasda AMB-nin İdarə Heyəti uçot dərəcəsini 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddini 5.75%-dən 6%-ə, yuxarı həddini isə 6.75%-dən 7%-ə, 29 oktyabrdakı iclasda uçot dərəcəsini 0.5% bəndi artırmaqla 7%-ə, faiz dəhlizinin aşağı həddini 0.25% bəndi artırmaqla 6%-ə, yuxarı həddini isə 1% bəndi artırmaqla 8%-ə, dekabrda uçot faiz dərəcəsini 7.25%-ə, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini 8.25%-ə, yanvarda isə 7.5%-ə, aşağı həddi 6%-ə və yuxarı həddi 9%-ə və uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib.

2131231231312

38 yaşlı Taleh Kazımov 19 apreldəki və 17 iyundajı iclasda faizləri dəyişməz saxladı, lakin sonuncu iclasa qədər ölkədə inflyasiya rəqəmləri 12% üzərinə çıxsa da, əhəməiyyətli şəkildə dəyişmədi və bu həmin günkü toplantıdada Mərkəzi Bank sədri tərəfindən səsləndirildi.

Mərkəzi Bank son iclasda bildirdi ki, qiymətləndirmələrə görə artmaqda olan inflyasiya əsasən ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımlarından təsirlənir.

Xarici sektor göstəricilərində pozitiv meyilləri və inflyasiya təzyiqlərinin əsasən idxal mənşəli olduğunu nəzərə alaraq faiz dəhlizinin parametrləri dəyişməz saxlanıldı. Bildirildi ki, cari ilin sonuna pul kütləsinin tənzimləməsi ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

Açıqlamada qeyd edilmişdi ki, proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə isə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.

Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. İclasda qeyd edilmişdi ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcək.

Qlobal miqyasda mərkəzi banklar inflyasiya ilə uçot dərəcələrinin artırılması vasitəsilə mübarizə apardığı bir zamanda Azərbaycan Mərkəzi Bankı çıxış yolunu bankların izafi likvidliyini aradan qaldırmaqda gördü, 17 iyun tarixinə qədər iclasda bununla da bağlı AMB qərar qəbul etdi. Çünki bir çox ekspertlər praktikada MB-nin faiz qərarına reaksiyanın yerli bazarda zəif olduğunu düşünürlər.

İndi keçək bir sıra real göstəricilərə. Azərbaycanda artıq iyun ayında illik inflyasiya 12.9%-ə yüksəlib. Öncəki aydan bir qədər də önə çıxıb, lakin valyuta bazarında ABŞ dollarına tələb öncəki illərə nisbətən olduqca aşağıdır. Digər tərəfdən əhalidən banklara nağd dollar satışları yüksəlib. Nəticə etibarən ilə bu da ARDNF-in hərraclara az həcmli dollar satmasına gətirib çıxarır.

Qlobal miqyasda Azərbaycan üçün önəmli hadisə – enerji daşıyıcılarının qiymətidir. Neftin qiyməti 100 dollar/barel ətrafında ticarət olunmaqdadır, lakin ölkəmiz üçün son illərdə ikinci ən böyük valyuta gətirən qazın qiyməti bir qədər yüksək olaraq qalmaqdadır ki, bu da növbəti aylarda da ticarət balansında böyük profisiti dəstəkləyir.

Digər tərəfdən əksər mərkəzi banklar uçot faiz dərəcəsini qaldıra-qaldıra gedirlər. Ötən həftənin cümə axşamı üçün əlamətdar hadisə Avropa Mərkəzi Bankının son 11 ildə ilk dəfə uçot faiz dərəcəsinin artırılmasına getdi – özü də gözlənilən 25 baza bəndi deyil, 50 baza bəndi. ABŞ FED-i bu həftə faizlərin 75 baza bəndi artıracağı proqnozlaşdırılır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər