28 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank: Xarici kapitalın bank sektorunda iştirakına hər hansı məhdudiyyət yoxdur

Xarici bankların bizim bazara gəlməsi bank sektorumuzda təcrübəni artıra və bu sahədə inkişafa böyük təkan verə bilər.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Taleh Kazımov bildirib ki, xaric kapitalın bank sektorunda iştirakı üçün AMB tərəfindən hər hansı məhdudiyyət yoxdur: “Hələ ki, xarici banklardan bununla bağlı təklif yoxdur. Ümid edirik ki, bu sahədə aparılan islahatlardan sonra onlar gələcəklər”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər