Mərkəzi Bankda yeni baş direktor təyin edilib

Vüsal Cavanşir oğlu Qurbanov Azərbaycan Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

Banker.az bunu Azərbaycan Mərkəzi bankına istinadən xəbər verir.

Bununla da AMB-nin strukturunda baş direktorların sayı 6 şəxsdən ibarət olacaq.

1980-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 2000-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisasını magistr dərəcəsi ilə bitirmişdir.

1998-ci ildən etibarən müxtəlif sığorta şirkətlərində sığorta üzrə mütəxəssis, baş mütəxəssis, şöbə müdiri, departament müdirinin müavini, İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmışdır.

2019-cu ildən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Daxili audit xidmətində böyük mütəxəssis, Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır.

2019-cu ildən İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvüdür.

2020-ci ilin yanvar ayında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinin icraçısı təyin edilmişdir. 2020-ci ilin aprel ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləmişdir.

2025-ci ilin fevral ayının 3-də Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.

Son xəbərlər
Digər xəbərlər