14 C
Baku
Wednesday, April 17, 2024

Mərkəzi Bankdan valyuta satışı ilə bağlı yeni qayda: Satış $500-ü keçdikdə bu sənəd tələb ediləcək

Azərbaycanda bundan sonra yerli banklar valyuta mübadilə şöbəsi açarkən Azərbaycan Mərkəzi Bankına yazılı bildiriş, habelə müvafiq sənəd və məlumatlar təqdim etməldir. Şöbənin fəaliyyətə başlaması üçün AMB bildirişi müsbət hesab etməlidir.

Banker.az xəbər verir ki, AMB “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiqləyib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Bundan başqa, nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq satışı, habelə bir müştəridən 10 min ABŞ dolları ekvivalentindən artıq alışı zamanı müştərinin şəxsiyyətini təsdiq edən sənəd tələb ediləcək.

Həmçinin banklar təqvim ili ərzində 20 min manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.

Eyni zamanda Mərkəzi Bankın 29 dekabr 2015-ci il tarixli “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın, o vaxtkı Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci il tarixli “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərarlar ləğv edilib.

Son xəbərlər
Digər xəbərlər