22 C
Baku
Friday, April 26, 2024

Mərkəzi Bankın faiz qərarına ilk reaksiya “Rabitəbank”dan gəlib

“Rabitəbank” ASC manatda ‘Universal’ əmanətinin illik ödəniş faizlərini endirib, bu Azərbaycan Mərkəzi Bankının faiz dəhlizi ilə əlaqədar oktyabr ayının sonuncu açıqlamasından bu tərəfə ilk reaksiyadır.

Banker.az analitika qrupu bildirir ki, “Rabitəbank” ASC-nin bu əmanət üzrə illik ödəniş faizi 10% təşkil edirdi. Bundan sonra isə Universal əmanət üzrə ödəniş dərəcəsi 1% bəndi azaldılmaqla 9%-ə endirilib.

Məlumat üçün bildirək ki, faizlərin ödənilmə tezliyi bu məhsulda aylıq, rüblük, müddətin sonunda mümkün olur. Bankın bu məhsulunun ABŞ dollarında illik ödəniş dərəcəsi 1,5%-dir.

Bundan əlavə adıçəkilən məhsulun müddəti 24 aydan 36 aya qədər qaldırılıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin oktyabrında İdarə Heyətinin qərarına əsasən faiz dərəcəsini aşağı həddini 0,25% bəndi azaltmaqla 6%, yuxarı həddini isə 9,5%-ə qədər azaltmışdı. Ölkə üzrə uçot dərəcəsi 7,75% müəyyən edilib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər