31 C
Baku
Wednesday, July 24, 2024

Məşhur mobil pulqabı bank olacaq

Banker.az xəbər verir ki, gələn həftə Hindistanın ən populyar mobil pulqabısı olan Paytm bank funksiyasını işə salacaq. Hindistan Mərkəzi bankından son təsdiq cavabını alan provayder 23 may tarixindən başlayaraq zəif inkişaf etmiş bank infrastrukturuna sahib ölkənin vətəndaşlarına maliyyə xidmətləri təqdim etməyə başlayacaq.

Şirkət hələ 2016-cı ildə bank yaratmağı planlaşdırırdı. Lakin tənzimləyici maneələr ilə əlaqədar bu prosesi təxirə salmaq lazım gəldi.

Paytm-ın yaradıcı şirkəti – One97 Communications bu yaxınlarda iki ayrı təşkilat yaratdı. Bunlar Paytm E-commerce və Paytm Payments Bank-dır.

Hazırda Paytm mobil pulqabısından istifadə edən istifadəçilər eyniadlı bankın xidmətinə köçürüləcək. İstifadəçilərə mobil ödənişlər ilə yanaşı, bank hesabı açmaq imkanı da təklif ediləcək. Şirkət qeyd edib ki, mobil pulqabıdan bank hesabına pul köçürmək üçün heç bir ödəniş tələb olunmayacaq.

Son xəbərlər
Digər xəbərlər