9 C
Baku
Thursday, December 12, 2024

Məcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması

Qanunvericiliyə əsasən, işçinin qanunsuz olaraq işdən çıxarılması məhkəmə qaydasında sübut olunarsa və işçi işinə bərpa edilərsə, işəgötürən məcburi boşdayanma günlərinə görə ona ödəniş etməlidir. Bəs işçinin məcburi işburaxma dövrü üçün əməkhaqqının məbləği necə hesablanır? “vergiler.az”ın sualına əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsində qeyd edilir ki, qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiasi təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya öz razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.

Misal: Ruslan (ad şərtidir) müddətli əmək müqaviləsi ilə “A” müəssisəsində kiçik mühasib vəzifəsində çalışır. Onun əmək müqaviləsi bir illikdir və 05.01.2022-ci il tarixdə bağlanıb. Ruslanın əmək müqaviləsinə 16.01.2023-cü il tarixdə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilib. Pozulmuş hüquqlarının bərpası üçün o, məhkəməyə müraciət edib və 16.06.2023-cü il tarixdə işə bərpa olunub. Məhkəmənin qərarında o da bildirilir ki, əsassız yerə işdən çıxarıldığı tarixdən işə bərpa edildiyi tarixədək olan dövr üçün Ruslana əməkhaqqı ödənilməlidir. Çünki həmin müddət məcburi işburaxma dövrü hesab edilir.

Məcburi iş buraxma işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. İşçi tərəfindən işburaxma dövrü üçün işçiyə hər hansı ödəniş olunmur, lakin işəgötürənin təqsiri ucbatından məcburi işburaxma baş verərsə, işçinin itirilmiş əməkhaqqı ödənilməlidir.

Misalda göstərilən halda Ruslanın orta əməkhaqqı məbləğinin 570 manat olduğunu fərz etsək, ona məhkəmə qərarına müəyyən olunmuş formada 16.01.20233-cü il tarixdən 16.06.2023-cü il tarixədək (5 ay üçün) əməkhaqqı hesablanaraq müvafiq tutulmalar olduqdan sonra ödənilməlidir. Belə halda, əməkhaqqının hesablanması müvafiq dövrlərdəki iş günlərinin sayına uyğun olaraq aylıq işlənməli günlərə görə aşağıdakı kimi hesablanacaq:

Aylar İş günü Aylıq əməkhaqqı İşlənməli iş günü Əməkhaqqı məbləği
Yanvar 18 570 10 316,7
Fevral 20 570 20 570
Mart 17 570 17 570
Aprel 18 570 18 570
May 21 570 21 570
İyun 18 570 11 348,3
Son xəbərlər
Digər xəbərlər