11 C
Baku
Tuesday, November 5, 2024

Məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına dair portal yaradılacaq

Məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına dair portal yaradılacaq.

Bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin elektronlaşdırılmasına dair görülmüş işlər və hədəflərlə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib və həmin mənzillərin satışından əldə edilən vəsait hesabında regionlarda mənzilə ehtiyacı olan şəxslər üçün evlər tikiləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər