6 C
Baku
Sunday, December 15, 2024

Məhəmməd Əlinin çempionluq kəməri $6 milyona satılıb

Dallasdakı “Heritage Auctions” adlı auksionda boksçu Məhəmməd Əlinin ən məşhur döyüşlərindən birini – “Cəngəllikdə döyüş”də qalib gəldiyinə görə aldığı çempionluq kəməri satılıb. Vurğulanır ki, “Indianapolis Stallions” futbol klubunun milyarder sahibi Cim İrsey onu 6.18 milyon dollara alıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Əli 1974-cü ilin oktyabrında Corc Formana qarşı ağır çəkidə çempionluq qazanıb. Bu döyüş boks tarixində ən böyük döyüşlərdən biri adlanır. Forman görüşün favoriti sayılırdı. Həmin vaxt o, 40 döyüş keçirmişdi və bircə dəfə də olsun məğlub olmamışdı. Nəticədə Əli səkkizinci raundda rəqibini nokaut edib.

Onların döyüşünü 60 minə yaxın tamaşaçı izləyib. 1996-cı ildə rejissor Leon Qast bu döyüş haqqında “When Were Kings” adlı sənədli film çəkib, əsər hətta “Oskar” mükafatı qazanıb.

Kəmərin yeni sahibi Cim İrsey onu kolleksiyasına əlavə edəcəyini söyləyib. Sərvəti 3.5 milyard dollar dəyərində qiymətləndirən iş adamı ABŞ tarixi, musiqisi və pop mədəniyyəti ilə bağlı əşyalar toplayır.

Bundan əvvəl “Gray Flannel Auctions”da Milli Xokkey Liqasının bombardiri Ueyn Qretzkinin forması satılmışdı. Bu sviterdə idmançı 1987/88 mövsümünün liqa pley-off mərhələsində çıxış edib. Forma idman ləvazimatları üçün rekord qıran 1.4 milyon dollara satılıb.

Son xəbərlər
Digər xəbərlər