Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin cərimə edilməsi barədə qərar ləğv olundu. Bu barədə Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib.
“Bakı Apellyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin 2 min manat məbləğində inzibati cərimə edilməsi barədə qərarı ləğv edib”, – Fonddan qeyd ediblər.
Məhkəmənin qərarına əsasən, Abdullayev barəsində inzibati iş dayandırılıb
©İnterfaks-Azərbaycan