15 C
Baku
Saturday, April 27, 2024

Məhkəmə-Hüquq Şurası bəzi hakimləri cəzalandırıb

Bu gün Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Bu barədə qurumun yaydığı məlumatda deyilir.

İclasda bir sıra məsələlərlə yanaşı, hakimlərin məsuliyyət hissinin artırılması diqqətdə saxlanılıb.

Ötən il 230-dək hakimin fəaliyyətinin qiymətləndirildiyi və peşəkar çatışmazlıqlar aşkar edilən 10 hakimin səlahiyyətlərinə xitam verildiyi diqqətə çatdırılıb.

Şurada daha 90-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə baxılıb. 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib. Apellyasiya məhkəməsinin 2 hakiminin səlahiyyətlərinə ərizələrinə əsasən vaxtından əvvəl xitam verilib.

İclasda həmçinin hakimlər haqqında başlanılmış intizam icraatlarına baxılaraq, qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, çəkişmə prinsipinə tam əməl etmədiklərinə və digər nöqsanlara görə 8 hakim intizam məsuliyyətinə cəlb edilib.

Bir nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, 1 nəfərin isə tutduğu vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul edilib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər