10 C
Baku
Wednesday, December 11, 2024

Məhkəmə və icra işləri üzrə mütəxəssis – DəmirBank

Beyləqan, Şamaxı, Qazax regionları üçün

Vəzifə öhdəlikləri:

  • Problemli kredit dosyelərinin regionlarda yerləşən filiallardan məhkəmələrə göndərilməsi məqsədi ilə qəbul etmək;
  • Problemli kreditlər üzrə məhkəmələrə iddialar hazırlamaq, banka qarşı qaldırılmış iddialara etirazlar hazırlamaq və qanuna müvafiq olaraq məhkəmələrdə Bankı təmsil etmək;
  • Problemli kreditlərin məhkəmədən kənar həlli üzrə müvafiq tədbirlər görür, problemli kredit müştəriləri ilə əlaqə saxlayır, borcların danışıqlar yolu ilə qaytarılmasına çalışmaq;
  • Borcluların xəbərdarlıq məktublarını hazırlayır və göndərilməsini təmin etmək;
  • İddia ərizələrinin hazırlanması və aidiyyəti məhkəmələrə göndərilməsini təmin etmək;
  • İcra sənədləri əsasında bankın xeyrinə ödənilməli olan pul vəsaitlərinin geri qaytarılması istiqamətində icra məmurlarının qanunvericiliklə nəzərdə tutulmuş və icra etməli olduqları məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmək;
  • İcra məmurlarının qanuni göstərişlərini yerinə yetirməkdən boyun qaçıran borclular özlərinin və ya əmlaklarının axtarışında (kredit dosyesindəki məlulmatlardan istifadə etməklə) və lazımi tədbirlərin görülməsində bilavasitə iştirak etmək;
  • Borcluların adına aşkar olunmuş, tələbin yönəldilə biləcəyi əmlaklara (daşınar, daşınmaz) vaxtnda tələbin yönəldilməsini tələb etmək, əmlak üzərinə həbsin qoyulması, qiymətləndirici dəvət olunması, hərraca göndərilməsi proseslərinin ləngimədən həyata keçirilməsinə nəzarət etmək;
  • Axtarış və ya məcburigətirmə barədə qərarın icrasını aidiyyatı orqanlardan tələb etmək, bu növ qərarlar vasitəsilə icra şöbəsinə gətirilmiş borclular barəsində inzibati protokolla məhkəməyə müraciət olunmasını icra məmurundan tələb etmək;
  • Filial rəhbərləri və filialın kreditlər üzrə işləyən əməkdaşları ilə əlaqə  saxlamaq, lazım gəldikdə müvafiq sənədlərin, məlumatların təqdim edilməsini tələb etmək;
  • İcra şöbəsinin icraatında olan icra işlərinin icrası zərurəti ilə əlaqdar verilmiş sorğuları vaxtında cavablandırmaq;
  • İpoteka, girov və ya üzərinə həbs qoyulmuş, daşınar əmlakların bankın saxlancına yerləşdirilməsi məqsədilə qəbul etmək və ünvanına çatdırmaq;

Namizədə qarşı tələblər:

  • Ali hüquqi təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi 1 ildən artıq olmalı;
  • İcra haqqında qanunu bilməli;
  • Stres altında işləməyi bacarmalı;
  • Məhkəmə icraçıları ilə işləmə bacarığı olmalı;
  • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 mart 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Məhkəmə və icra işləri üzrə Hüquqşünas”- müvafiq region şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər