7 C
Baku
Sunday, December 15, 2024

Məhsuldar prokrastinasiya: vaxtınızı fayda ilə keçirməyin 5 üsulu

“Təcrübəli prokrastinator” –  bu, Yer kürəsində işləyən insanların çoxunu xarakterizə edən söz birləşməsidir. Bununla belə, siz tənbəlliyiniz tutanda belə məhsuldar ola bilərsiniz. Demək olar ki, hər birimizin buna oxşar təcrübəsi olub: müəyyən tapşırığı yerinə yetirməyə başlayırıq, lakin daim mücərrəd bir şey haqqında düşündüyümüz üçün diqqətimizi cəmləşdirə bilmirik, nəticədə işimizi qeyri-müəyyən müddətə təxirə salırıq. 

Psixoloq Pirs Stil “məhsuldar prokrastinasiya” terminini yaratdıqdan sonra, “işləri təxirə salmağın” faydası ətrafında suallar yaranmağa başladı. Gəlin, onlarla daha yaxından tanış olar. 

Strukturlaşdırılmış prokrastinasiya

Neçə dəfə hava haqqında məlumata baxmaq üçün brauzerinizi açmısınız və qəfildən artıq 45 dəqiqə İnternetdə oturduğunuzu başa düşmüsünüz? İlk baxışdan elə görünə bilər ki, daha konsentrasiyalı olmağın ən yaxşı yolu görülən işlərin sayını minimuma endirməkdir. Nə qədər az iş görməli olsaq, diqqətli olmaq da bir o qədər asan olacaq, elə deyilmi? Lakin Stenford Universitetinin fəlsəfə professoru və “Prokrastinasiya sənəti” adlı kitabın müəllifi Con Perri, bu yanaşmanın kökündən yanlış olduğunu düşünür. 

O, strukturlaşdırılmış prokrastinasiya adlandırdığı yanaşmadan istifadə etməyi təklif edir. Hamımız nəyə görə işləri tərixə saldığımızı bilirik. Ən yaxşı halda, işlərimiz siyahısından əvvəlcə aşağı prirotetli olanları yerinə yetiririk (ən pis halda, asan tapşırıqları belə etmirik və sadəcə vaxtımızı itiririk). Bununla yanaşı, vacib və mürəkkəb işlərdən boyun qaçırırıq. 

Daha məhsuldar olmaq üçün özünüzə tələ qurun: işlər siyahısında ilk sıralarda yerinə yetirilməsi asan olan, vacibliyi ilə seçilməyən tapşırıqları qeyd edin. Və sonra siyahınıza həqiqətən vacib və tərixəsalınmaz olan vəzifələri əlavə edin. 

Əgər bu hiylə işə yarımasa, aşağı prioritetli olmasına baxmayaraq yenə də işlərinizi davam etdirəcəksiniz. Bu, kompüter qarşısında boş-boş vaxt itirməkdən daha yaxşıdır. 

İş yerinizi səliqəyə salın

Masaüstündəki tör-töküntü ağılınıza da xaosa səbəb ola bilər. Araşdırmalar göstərir ki, diqqətimizi yayındıran əsas amillərdən biri də tör-töküntüdür. Buna görə də, iş tapşırıqılarını təxirə salmağı qərara almısınızsa, masanızı səliqəyə salmağın vaxtıdır. Çalışın masanın üstündə yalnız ən vacib əşyaları saxlayasınız, qalanlarını isə zibil qutusuna tullayın. Unutmayın ki, sizin əsas məqsədiniz konsentrasiyanıza mane olan hər şeydən qurtulmaqdır. 

İşlərini həmişə sona çatdıran insanlarla ünsiyyət qurun

Hər birimizin konsentrasiyası və məsuliyyəti bizim üçün sirr olaraq qalan bir neçə tanımışız var. Özünüzü vaxtını səmərəli şəkildə idarə etməyi öyrənmiş və məqsədlərinə nail olmağa öyrəşmiş insanlarla əhatə edin. 

Psixoloqlar hesab edirlər ki, bu davranışın nümunəsini görsək, çox güman ki, onu təkrar etməyə çalışacağıq. 

Planlarınız haqqında sosial şəbəkələrdə bölüşün

Əlbəttə ki, sosial media bizi işdən yayındıran şeylər siyahısında aparıcı yerlərdən birini tutur. Ancaq düzgün yanaşma ilə bu fakt sizin xeyrinizə ola bilər.

Planlarınızı sosial şəbəkələrdə bölüşün, qoy dostlarınız və tanışlarınız onlardan xəbərdar olsunlar. Əgər kimsə bizim planlarımızı bilirsə, onları öz axarına buraxmaq adətən daha çətin olur. Digər insanlar bizi zəif və ya qeyri-mütəşəkkil bir insan adlandıra bilər və bu fikir bizi işlərimizi təxirə salmaqdan çəkindirə bilər. 

20 dəqiqə təmiz havada gəzin

20 dəqiqəlik gəzinti və ya yoqa bəzən möcüzə yaradırlar. Əlbəttə ki, televizorun qarşısında oturub heç nə etməmək çox cazibədardır. Ancaq yaxşı-yaxşı düşünün: bu qutu sizi qıcıqlandıra bilər, gəzinti isə fikirləri toplağa kömək edəcəkdir. Bəlkə elə həmin anda bir neçə gündür gözlədiyiniz ideya ağlınıza gələcəkdir.

Son xəbərlər
Digər xəbərlər