Əgər iş zamanı mütəmadi olaraq fasilələr vermirsinizsə və ya fasilələrdən sonra özünüzü gümrah və təravətli hiss etmirsinizsə, deməli, hansısa səhvlərə yol verirsiniz.
Alimlərin fikrincə, fasilə vermək son dərəcədə faydalıdır. Onlar konsentrasiya olma qabiliyyətini gücləndirirlər və daha məhsuldar olmağa kömək edirlər. “Asan işlə. Məhsuldarlığın artırılmasına fərdi yanaşma” kitabının müəllifi Karson Teyt deyir ki, əgər fasilələrin faydasını görmürsünüzsə, bəlkə onlara səhv yanaşırsınız? “Siz özünüzü işdən tamamilə kənarlaşdırmalısınız. – deyə Karson söyləyir. – Elektron poçtu yoxlamaq və eyni zamanda nahar etmək lazım deyil. Siz zehni olaraq işdə olmalı deyilsiniz”.
“Fasilə” sözü düz başa düşülməlidir. “Fasilədən qayıtdıqda daha yaradıcı, orijinal və toplanmış oluruq, – deyə Teyt vurğulayır. – Nəticədə, diqqətimizi sosial şəbəkələrə və ya əyləncə saytlarına ayırmağa meylli olmuruq. Daha istəkli işləyirik.
Bəs onda fasilələr zamanı nə etməliyik? Fasilələrdən maksimum yararlanmaq üçün bəzi ideyaları sizə təqdim edirik.
Beş-on beş dəqiqə
İstənilən fəaliyyət müsbət nəticələr verir. Məsələn, yaradıcılığı və potensiallığı inkişaf etdirir. Pilləkənlərlə yuxarı qalxın, bayıra çıxın və binanın ətrafında gəzin, tullanın və ya jim edin. Fərqi yoxdur – hər bir fiziki fəaliyyət qan dövranını yaxşılaşdırır. Qeyd edək ki, beş dəqiqəlik fasilələr yarım saatlıq fasilələrdən daha təsirli ola bilər.
Yazıçı Mavra Tomas tövsiyə edir: “Görüləsi işlər siyahısına dalmaq əvəzinə, özünüdərk ilə məşğul olun və ya sadəcə dərindən nəfəs alın. Siz bunu cəmi bir neçə dəqiqə edə bilərsiniz. Qısa fasilələr fikrinizi enerji ilə dolu saxlayır”.
Və ya sadəcə pəncərəyə baxın və xəyal edin. Harvard Business Review jurnalının araşdırmasında “yaşıl” fasilələrin fokus və ümumi məhsuldarlığı artırdığı iddia edilir.
Otuz dəqiqə
Əgər yarım saatınız varsa, təmiz havaya çıxın, yazıçı Laura Stak təklif edir. “Çoxsaatlı iş bütün enerjinizi öldürə bilər. Hava yağışlı və ya soyuq olsa belə, hava almağa çıxın. Pilləkənlərdən və ya binanın mərtəbələrindən çıxın.
Tomasın sözlərinə görə, iş yerinizi təmizləmək də əla fasilə ola bilər. “Yaradıcı xaos haqqında nə istəsəniz deyə bilərsiniz, amma təcrübəmdən onun böyük stresə səbəb olduğunu deyə bilərəm. Dağınıqlıq sizə və ətrafınızdakı hər kəsə əzildiyinizi və vaxtınızı idarə etməyi bacarmadığınızı deyir”.
İstəsəniz, fasilə etmək üçün dostunuza zəng edə və ya yaza bilərsiniz. Əlbəttə, iş haqqında deyil, istirahət və səyahət haqqında danışmaq üçün.
Bir saat
Tam bir saat vaxtınız varsa, iş yerinizi tamamilə tək edin. Dostunuz, iş yoldaşınız və ya müdirinizlə çay, qəhvə içməyə gedin. “İş əlaqələrinin gücləndirilməsi karyeraya müsbət təsir edir, eyni zamanda stresin səviyyəsini azaldır, beyinə enerji verir.
Bu vaxtı “yaddaşı boşaltmaq” üçün istifadə edin. Nəticədə, bütün fikirlərinizi kağız üzərinə köçürmüş olacaqsınız və daha obyektiv düşünməyə başlayacaqsınız. Əgər böyük bir layihə üzərində işləməlisinizsə, günün planını qurun. Bu, təcrübə toplamağın ən sadə yoludur.
İstəsəniz, ekranlardan istirahət etmək üçün kitab da oxuya bilərsiniz. Kitab oxumaq – musiqi, təmiz havada gəzinti və ya isti çay kimi stressi azaltmağın yollarından biridir. Bundan əlavə, oxu nəbzi aşağı salır və əzələ gərginliyini aradan qaldırır, bu isə mümkün problemlər haqqında düşünməməyə imkan verir.