9 C
Baku
Thursday, December 12, 2024

Məhsuldarlıq və yığım artdı

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Banker.az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat daxil olub. 2021-ci il avqust ayının  17-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 982.6 min hektar sahənin 960.4 min hektarı və yaxud 97.7 faizi biçilərək məhsulu yığılmışdır.

Sahələrdən 3 057.1 min ton məhsul toplanmış (illik müqayisədə 5.2% artım), məhsuldarlıq 31.8 sentnerə bərabər olmuşdur. Məhsulun 1 885.4 min tonunu  və yaxud 61.7 faizini buğda, 1 146.6 min tonunu (37.5 faizini) arpa, 25.1 min tonunu (0.8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir. 2020-ci ilin müvafiq dövründə sahələrdən 2903,6 min ton məhsul toplanmış, məhsuldarlıq 30.7 sentnerə bərabər olmuşdur. Məhsulun 1 860.2 min tonunu və yaxud 64.1 faizini buğda, 1 018.7 min tonunu (35,1 faizini) arpa, 24.7 min tonunu (0.8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir.

Respublikanın 28 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 27 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90.0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılma səviyyəsi 90.0 faizdən aşağı olmuşdur.

Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 44.0 sentner), Sabirabad (müvafiq olaraq 41.9), Tərtər (40.9), Saatlı (40.8), Ağdam (40.2), Salyan (39.9), İmişli (39.3), Ağcabədi (39.3), Samux (37.4) və Tovuz (37.2) rayonlarında olmuşdur.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Şəki (194.8 min ton), Cəlilabad (184.6 min ton), Kürdəmir (136.3 min ton), Neftçala (124.5 min ton), Füzuli (118.6 min ton), Ağsu (115.9 min ton), İsmayıllı (107.5 min ton) və Sabirabad (106.1 min ton)  rayonlarında müşahidə olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər