Türkiyənin kənd təsərrüfatı məhusllarının ixracı bu ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 20.5 % artaraq 17 milyard 953 milyon ABŞ dollarına çatıb.
Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin kənd təsərrüfatı məhsulların ixracında rekord qeydə alınıb. Belə ki, bu ilin ilk 8 ayında Türkiyədə kənd təsərrüfatı məhsullarının ixracı ümumi ixracın 12.8%-ni təşkil edib.
Qeyd edək ki, Türkiyənin ixracı bu ilin yanvar-avqust aylarında isə 36.9 % artaraq 140,2 milyard ABŞ dolları olub.