27 C
Baku
Wednesday, April 24, 2024

Məktəb psixoloqlarının da maaşı artacaq – Rəsmi

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təhsil işçilərinin əməkhaqları artırılıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov artımların kimlərə şamil olunması ilə bağlı paylaşım edib. Qeyd edib ki, uşaq birliyi rəhbərləri və psixoloqların da maaşı 20 faiz artacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 17-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar imzalayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər