9 C
Baku
Thursday, December 12, 2024

Məlumatların saxlanılması və işlənməsini bir elementdə birləşdirən çip yaradılıb

Fərdi kompüter arxitekturası (informasiya bir modulda saxlanılır, hesablamalar başqa modulda həyata keçirilir və şinlərin köməyi ilə bu modullar arasında məlumatlar ötürülür) ideyası hələ ötən əsrdə köhnəlib. Ancaq “hamısı birində” kommersiya qurğuları yalnız bu yaxınlarda əlçatan olub. Sinqapurun Nanyan Texnologiya Universitetində “ReRam” “rezistiv çeviricilər”inə üstünlük verilir. “ReRam” məlumatların saxlanılmasını və hesablama proseslərini bir elementdə birləşdirən çip yaratmağa imkan verən yeni texnologiyadır.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, “ReRAM” texnologiyasının əsasını təşkil edən memristorlar informasiyanı elektrik müqavimətinin əmsalını dəyişdirməklə saxlamaq qabiliyyətinə malikdirlər. Bu effekt, hətta elektrik şəbəkəsindən ayrıldıqda belə saxlanılır. Yaddaşı aktivləşdirmək və şinlər üzrə siqnalın ötürülməsinə başlamaq üçün cüzi enerji tələb olunur. Bundan başqa,  miniatürləşdirmə və miqyaslama üçün yüksək potensial mövcuddur.

“ReRAM” və ya memristorlar yalnız enerji effektiv deyil, həm də İT sahəsində ikili say sistemindən xilas olmağa imkan verir. 1 və 0 vasitəsilə informasiyanı yazmaq çox asandır, amma onları deşifr etmək olduqca yorucu işdir. Üçhissəli sistem isə başqa məsələdir, 1 simvol artımı effektivliyi yüksəldir.

Son xəbərlər
Digər xəbərlər