WhatsApp, 8 fevral 2021-ci ildən etibarən qüvvədə olacaq yeni gizlilik prinsiplərini açıqlayıb.
Banker.az xəbər verir ki, şirkət saytında edilən açıqlamalarda WhatsApp’ın bundan sonra Facebook ilə rahatlıqla məlumat mübadiləsi apara biləcəyi ortaya çıxıb. Üstəlik, məlumat mübadiləsinə icazə verməyən istifadəçilər “WhatsApp”dan istifadə edə bilməyəcəklər.
WhatsApp tərəfindən edilən şərhlərə görə, ani mesajlaşma tətbiqinin yeni şərtləri və gizlilik prinsipləri, 8 Fevral 2021 tarixindən etibarən qüvvəyə minəcək. İstifadəçilər telefonlarına həmin günə qədər tətbiqdaxili bildiriş alacaqlar və bu şərtləri təsdiqləməlidirlər. Əks təqdirdə tətbiqə girişin mümkün olmayacağı görünür.