Prezident İlham Əliyevin iyulun 9-da imzaladığı fərmanla yaradılması nəzərdə tutulan Elektron Rəqabət İnformasiya Sistemi (ERİS) texniki olaraq hazırdır.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib.
“Çatışmayan yalnız müəyyən normativ bazadır. Onun da hazırlanması nəticəsində bu sistem bazara təqdim olunacaq. Keyfiyyət sahəsinin də tənzimlənməsi bizim üzərimizdə olduğu üçün Keyfiyyət Portalı da texniki olaraq hazırlanıb. Burada da normativ baza təsdiq olunduqdan sonra sistem geniş auditoriyanın istifadəsinə veriləcək”, – deyə o qeyd edib.