17 C
Baku
Friday, April 19, 2024

Mənfəətdən sonra Holcim Azerbaijan-nın səhmlər bahalaşır

“Holcim Azerbaijan” ASC-nin 2 illik fasilədən sonra yenidən mənfəətlə işləməyə başlaması onun səhmlərini bahalaşdırıb.

Bu barədə  “Bakı Fond Birjası” QSC-yə (BFB) istinadən xəbər verir.

Xatırladaq ki, Azərbaycanın aparıcı sement istehsalçısının 20 manatlıq nominal dəyərə malik səhmləri bu ilin yanvar ayında 25 manatdan alınıb-satılıb. Martda qiymət 22,5 manata, apreldə isə 20 manata düşüb.

Ötən ay “Holcim Azerbaijan” 2017-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, şirkət ötən ili 1,759 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki sement istehsalçısı 2016-cı ildən 27,008 mln. manat, 2015-ci ildən isə 99,139 mln. manat xalis zərərlə çıxmışdı.

Müsbət xəbərin ardınca “Holcim Azerbaijan”ın səhmlərinə maraq artmağa başlayıb. Mayın 2-də BFB-də bağlanmış əqdə əsasən, şirkətin səhmləri 21 manatdan realizə edilib. Bu isə aprel ayı ilə müqayisədə 5% çoxdur.

Xatırladaq ki, “Holcim Azerbaijan” 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər