6 C
Baku
Sunday, December 15, 2024

Mənzil bazarında qiymətlər aşağı düşüb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu ilin may ayında mənzil bazarında apardığı monitorinqlərin nəticələrini elan edib. Əmlak bazarında aparılan monitorinqlərə görə, ötən ay son 2 ildə ilk dəfə olaraq paytaxtda mənzillərin qiyməti əvvəlki aya nisbətən aşağı düşüb.

Ekspert Vüqar Bayramovun bildirir ki, bu ilin aprel ayına nisbətən may ayında qiymətlər 3.5 faizə yaxın azalıb. Bununla belə, bu ilin ilk 3 ayında həmin bazarda müşahidə edilən qiymət artımları səbəbindən ötən ay əvvəlki ilin may ayına nisbətən qiymətlər 6 faizə yaxın yüksəlib.

İSİM ekspertlərinin təhlillərinə görə, bu ilin ilk aylarında əmlak bazarında müşahidə edilən psxiloji və eləcə də süni qiymət artımlarından sonra bazarda aktivliyin azalması müşahidə edilib. Həmin aylardakı qiymət artımlarına rəğmən paytaxtın mənzil bazarında tələbatın ciddi artması müşahidə edilməyib. Doğrudur, İSİM-in apardığı monitoriq göstərir ki, birinci rübdə Bakının 3-cü və 4-cü zonalarında yerləşən mənzillərə tələbatın artması müşahidə edilsə də sonrandan bu tendensiya durğunluq ilə əvəz edilib. Belə ki, Bakıda aparılan söküntülər fonunda paytaxtın mənzil bazarında nağd pulların daxil olacağı gözlənilsə də əmlak bazarıda daha çox psixoloji təzyiq müşahidə edilib: qiymətlərin artması bazara pulun daxil olması ilə müşahidə edilməyib. Nəticədə qiymət artımları may ayında azalma ilə əvəzlənib. Eyni zamanda, paytaxtın mənzil bazarında müşahidə edilən süni qiymət artımları da may ayında xeyili zəifləyib. Bazarın bu ilin ilk 5 ayındakı mənzərəsi daha çox psixoloji və süni faktorlara əsaslanıb və praktik olaraq iqtisadi təsirlər nisbətən zəif olub: ilin əvvəlində 100 min manata təklif edilən mənzi il ilk 4 ayda 110 min manatadək yüksəlsə də mayın yekunlarında 106 min manatadək azalıb. Deməli, may ayındakı durğunluq sadəcə artım tempinin qarşısını alıb.

İSİM ekspertlərinin proqnozlarına görə, mənzil bazarındakı durğunluq yay aylarında da davam edəcək. Hətta paytaxtın mərkəzi rayonlarında yerləşən mənzillərin qiymətlərin də müəyyən artımlar da müşahidə ediləcək. Sentyabr ayından başlayaraq isə mənzil bazarında durğunluğun aradan qalxacağı gözlənilir.

Mərkəzinin monitorinqləri göstərir ki, ötən ay Bakının mənzil bazarında qiymət azalmalarına baxmayaraq torpaq bazarında artım müşahidə edilib. May ayında paytaxtda torpaq bazarında 2 faizə yaxın qiymət artımı qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər